Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
Braziliya Almaniyanın tələblərinə baxmayaraq, Ukraynaya silah satmayacaq.Missiya.Az xəbər verir ki, bunu Braziliya Prezidenti Luiz İnasio Lula da Silva deyib."Bir gün Şolz gəlib Braziliya silahlarını Ukraynaya vermək üçün almağa çalışdı...
Mən nə rusları, nə də başqalarını öldürmək üçün silah satmağa hazırlaşmıram”, - o qeyd edib.Ukrayna Prezidenti Volodimir Zelenski hələ 2024-cü ildə Braziliyanın mövqeyindən narazılığını bildirib.
O, Lula da Silvanın G20 sammitində “Ukraynaya zəif dəstəyindən” məyus olduğunu ifadə edib və ikitərəfli münasibətlərdə mümkün fəsadlar barədə xəbərdarlıq edib.Zərintac MayisqızıMissiya.Az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.