Braziliya Prezidenti yığmadan DÇ 2026 nın kubokunu TƏLƏB ETDİ

14.06.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Braziliya Prezidenti Luis İnasio Lula da Silva sosial şəbəkələrdə dünya çempionatında mübarizəyə başlayacaq futbol üzrə milli komandanın nümayəndə heyətinə müraciət edib.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, Cənubi Amerika komandası turnirdə maksimum nəticəyə nail olmalıdır.
 

"Futbolçularımız hər matçda vuruşmalı və Braziliya xalqını unutmamalıdırlar. Braziliya komandası turnirdə yalnız qələbə uğrunda mübarizə aparmaq üçün deyil, həm də kuboku qaldırmaq üçün iştirak edir", — deyə Lula da Silva bəyan edib.


Xatırladaq ki, Dünya Çempionatı iyunun 11-dən start götürüb və iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Son dünya çempionu 2022-ci ilin finalında Fransa millisini məğlub edən Argentina yığmasıdır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью