Braziliya prezidentindən Ançelotti şərhi

14.05.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Braziliya prezidenti Luiz İnasiu Lula da Silva italiyalı mütəxəssis Karlo Ançelottinin yığmaya baş məşqçi təyin olunmasından danışıb.

QOL.az xəbər verir ki, o mütəxəssisə inandığını deyib: 

"Ançelotti əla məşqçidir. O, həm də mükəmməl oyunçu idi. Məncə, hazırda biz keçmişdə olanlarla müqayisə olunmayacaq dərəcədə istedad çatışmazlığı dövründəyik. 2002 və 2006-cı illərdəki hücumlarımızı xatırlamaq kifayətdir. Ümid edirəm ki, Ançelotti Braziliya millisinə kömək edə biləcək. Onun strateji cəhətdən hər şeyə hazır olduğuna inanmaq istəyirəm".

Qeyd edək ki, mayın 12-də Ançelottinin Braziliya millisinə baş məşqçi təyin olunduğu açıqlanıb. O, mayın 26-da işə başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью