Braziliya Uruqvayla bacarmadı

20.11.2024

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonasında XII turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, turun bütün matçları eyni gündə keçirilib.

Lideri Argentina Peru üzərində çətin qələbə qazanıb. Yeganə qola Lautaro Martines imza atıb. Braziliya və Uruqvayın duelində isə qalib müəyyənləşməyib. Bu xal itkisi pentakampeonları 5-ci sıraya yuvarlayıb.

Qeyd edək ki, növbəti oyunlar 2025-ci il martın 19-da baş tutacaq.

DÇ-2026-nın seçmə mərhələsi
Cənubi Amerika zonası
XII tur
19 noyabr

Boliviya – Paraqvay 2:2
Kolumbiya – Ekvador 0:1
Argentina – Peru 1:0
Braziliya – Uruqvay 1:1
Çili – Venesuela 4:2

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью