Braziliya vitseprezidentinin Azərbaycana səfəri başlayıb

11.11.2024

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Braziliya Federativ Respublikasının vitse-prezidenti Qeraldo Alkmin noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Manset.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev, ölkəmizin Braziliyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью