Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi

25.09.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Braziliya millisində 10 nömrəli formanın yeni sahibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Neymarın milli karyerasını başa vurmasından sonra bu nömrə “Barselona”nın hücumçusu Rafinyaya verilib.

29 yaşlı futbolçu qarşıdakı oyunlarda Braziliya millisində 10 nömrəli forma ilə çıxış edəcək.

Rafinya buna qədər yığmada əsasən 11 nömrəli formanı geyinirdi.

Neymar Braziliya millisində uzun illər 10 nömrəli formanı geyinib və bu nömrə ilə ardıcıl dörd dünya çempionatında iştirak edib.
Ulduz futbolçu 2026-cı il mundialından sonra yığma karyerasını başa vurduğunu açıqlayıb.
Rafinya isə 2026-2027 mövsümünə uğurlu start verib. O, cari mövsümdə “Barselona” formasıyla 14 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Araz-Naxçıvan” yoxlama matçında "Neftçi"ylə qarşılaşacaq “Qalatasaray”dan Sinqo açıqlaması – “Tamamilə yalandır” Montelladan etiraf – “Məni göndərə bilərdilər” A millidən U-21-ə göndərildi – Türkiyənin 27 illik həsrəti Obameyanqa göz dəydi – Əməliyyat olunacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью