525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Braziliyanın Pernambuko ştatında çimərlikdə dəhşətli hadisə baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, akula 13 yaşlı oğlana hücum edib.
Ağır yaralanan oğlan xəstəxanaya aparılıb, lakin həkimlərin bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ştat rəhbərliyi çimərlik boyu onlarla köpək balığı ilə bağlı xəbərdarlıq lövhələrinin olduğunu bildirib.
Rəsmi qeydlərə görə, 1992-ci ildən bəri Pernambukoda 80-dən çox akula hücumu baş verib. Bu hücumlardan 26-sı ölümlə nəticələnib.
İbrahim Cəfərov