Braziliyada 36 yaşlı futbolçu güllələnərək öldürüldü

08.11.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Braziliyanın Natal şəhərində 36 yaşlı futbolçu Bismark Vinisius Freyre du Nasimentu silahlı insident nəticəsində həyatını itirib.

İdman.Biz xəbər verir ki, B10 ləqəbi ilə də tanınan futbolçu yerli barlardan birində güllələnib.

Riu-Qrandi-du-Norti ştatının mülki polisinin ilkin məlumatına əsasən, Bismark dostları ilə birlikdə barda olarkən başqa bir kişi ilə arasında mübahisə yaranıb. Qarşıdurma sonradan silahlı insidentlə nəticələnib.

Güllə yaraları alan futbolçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı daha bir nəfər yaralanıb. Həmin şəxs sağ qalıb.

Hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün araşdırma aparırlar.

Qeyd edək ki, üç uşaq atası olan Bismark 2027-ci ildə karyerasını “Olimpiya” komandasında davam etdirməyi planlaşdırırdı.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью