Braziliyada Ançelottiyə alternativ tapdılar

28.03.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Əl Hilal”ın baş məşqçisi Jorje Jesus Braziliya yığmasına rəhbərlik edə bilər.

Futbolpress.az xəbər verir ki, yerli futbol federasiyası mütəxəssislə danışıqlara start verib. Bu barədə “Globo” nəşri məlumat yayıb.

Braziliya yığmasında əsas hədəf Karlo Ançelottidir. “Real”da işləyən mütəxəssisin durumu dəqiq deyil və Braziliya Futbol Federasiyası alternativ olaraq Jesusla danışıqlar aparır.

Jesusun “Əl Hilal”la müqaviləsi bu ilin iyulunun sonuna kimidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью