Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub

04.02.2026

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Braziliya ştatının şimal-şərqindəki Alaqoas əyalətində avtobus aşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qəza nəticəsində on altı nəfər hadisə yerində ölüb, 44 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Məlumatda deyilir ki, ölənlərdən 4-ü uşaqdır.

Hadisədən sonra əyalətdə üç günlük rəsmi matəm elan olunub.

Tahir Şəlvəli

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью