Braziliyada DƏHŞƏT: 38 nəfər həlak oldu

21.12.2024

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Braziliyanın şərqində ağır yol qəzası olub.

Publika.az xəbər verir ki, bu barədə "G1" portalı yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 38 nəfər ölüb, 13 nəfər yaralanıb.

Məlumata görə, sərnişin avtobusunun təkəri partlayıb və sürücü idarəetməni itirib. Avtobus həmin istiqamət üzrrə hərəkət edən yük maşını və minik avtomobili ilə toqquşub.

Avtobus toqquşma nəticəsində yanıb.

Hüseyn İbadlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью