Braziliyada dəhşətli qasırğa: Beş nəfər ölüb, 130 dan çox xəsarət alan var

08.11.2025

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Braziliyanın Parana bölgəsində baş verən dəhşətli qasırğa zamanı azı beş nəfər ölüb, 130-dan çox xəsarət alan var.

Moderator.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

İlkin məlumatlara görə, bölgədə yaşayış evlərinin və digər tikililərin təxminən 60 faizi ziyan görüb və ya tamamilə dağılıb.

Xilasedicilərin köməyinə yanğınsöndürənlər, polis, hərbçilər və könüllülər gəliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью