Braziliyada fırtına 5 nəfərin həyatına son qoyub

30.07.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Braziliyada Rio-de-Janeyro və San-Paulu ştatlarını təsir edən şiddətli fırtına 5 nəfərin həyatına son qoyub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlarla ağac və elektrik xətləri aşıb, binaların damları uçub və genişmiqyaslı elektrik kəsintiləri baş verib.

Saatda 100 kilometri aşan küləklə müşayiət olunan fırtına nəqliyyatda da genişmiqyaslı problemlərə səbəb olub.

Rio-de-Janeyroda divarın uçması nəticəsində iki nəfər ölüb.

San-Paulu ştatında isə ağacların aşması nəticəsində iki, qayığın aşması nəticəsində isə bir nəfər həyatını itirib.

Hakimiyyət orqanları sərt hava şəraiti ilə bağlı xəbərdarlıq edərək insanlara sığınacaq axtarmağı və ağaclardan, elektrik dirəklərindən və digər tikililərdən uzaq durmağı tövsiyə edib.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью