Braziliyada futbolçu oyun vaxtı güllələndi

03.08.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Sentro Sportivo Alagoano" klubunun gənc futbolçusu yoldaşlıq oyunu zamanı güllələnib. Sport24.az xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.

Hadisə Braziliyanın Maseyo şəhərində baş verib. Ölən şəxsin 15 yaşlı Mikael Leandro da Silva olduğu müəyyən edilib.

Polis əməkdaşları şahidləri dindirməyə başlayıblar. Cinayət narkotik qaçaqmalçılığı ilə əlaqəli qruplar tərəfindən törədilib. Atışmada futbolçudan başqa digər insanlar da yaralanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью