Braziliyada heyvanların üzərində sınaq keçirilməsi qadağan edildi

31.07.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva kosmetik maddələrin heyvanlar üzərində sınaqdan keçirilməsini qadağan edən qanunu imzalayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Braziliya hökuməti məlumat yayıb. 

Qeyd olunur ki, qanun hər hansı kosmetika, ətir və şəxsi gigiyena məhsullarının sınaqdan keçirilməsini qadağan edir.

Məlumata görə, ölkədəki şirkətlər heyvanların kosmetika istehsalında istifadə olunmayacağına dair yazılı təsdiq təqdim etməlidirlər. Prezident yeni qaydaları “heyvanların suverenliyinin qorunması” adlandırıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью