Braziliyada keçiriləcək dünya çempionatının vaxtı açıqlandı

11.12.2024

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar arasında dünya çempionatının vaxtını açıqlayıb.

Bu barədə qurumun saytı məlumat yayıb.

FIFA-nın şurası turnirin 2027-ci il iyunun 24-dən iyulun 25-dək keçiriləcəyini təsdiqləyib.

Qeyd edək ki, yarışda 32 komanda iştirak edəcək. Onlardan 28-i seçmə mərhələlər vasitəsilə turnirə vəsiqə qazanacaqlar. Braziliya ev sahibi olduğu üçün mundialda birbaşa iştirak hüququ əldə edib. Digər 3 iştirakçının adına isə pley-off oyunlarında aydınlıq gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью