Braziliyada keçiriləcək dünya çempionatının vaxtı açıqlanıb

11.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

FİFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar arasında dünya çempionatının vaxtını açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

FİFA-nın şurası turnirin 2027-ci il iyunun 24-dən iyulun 25-dək keçiriləcəyini təsdiqləyib.

Qeyd edək ki, yarışda 32 komanda iştirak edəcək. Onlardan 28-i seçmə mərhələlər vasitəsi ilə turnirə vəsiqə qazanacaqlar. Braziliya ev sahibi olduğu üçün mundialda birbaşa iştirak hüququ əldə edib. Digər 3 iştirakçının adına isə pley-off oyunlarında aydınlıq gələcək. 

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью