Braziliyada meteor müşahidə olunub Alov topu na çevrilərək külə döndü

25.04.2025

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Braziliyadan qeydə alınan görüntülərdə meteoritin göy üzündə yaratdığı təsir diqqət çəkib. Meteor Rio Qrande do Sul ştatı üzərində atmosferə daxil olub və sürətlə hərəkət edərək yanmağa başlayıb.

BAKU.WS haber global-a istinadən xəbər verir ki, görüntülərdə bir anda göyü yaşıl rəngə boyayan meteorit "alov topu"na çevrilib. Saniyələr içində isə külə dönərək tamamilə yox olub.

Həmin anlar Braziliyada yerləşən bir kosmik müşahidə mərkəzinin kameraları tərəfindən qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, bu, son 5 ildə Braziliya üzərində atmosferə daxil olan ən böyük göy cismi olub. Hazırda meteor parçalarının yerini müəyyənləşdirmək üçün axtarış işlərinə başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью