Braziliyada müxalifət lideri Rişarlisonun adasını ələ keçirib

19.10.2026

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Londonun "Tottenhem" klubunda çıxış edən braziliyalı hücumçu Rişarlison, Braziliya siyasi xadimi Flavio Bolsonarunu onun şəxsi adasını ələ keçirməkdə ittiham edib. Sport24.az xəbər verir ki, "The Touchline" nəşri "X" sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hücumçu iddia edir ki, Flavio adanı ondan satın almağa cəhd göstərib, lakin rədd cavabı alıb. Daha sonra başqa şəxslər müəyyən hüquqi prosedurlar vasitəsilə mülkə nəzarəti ələ keçiriblər. Nəticədə Rişarlison həm adadan, həm də onun müqabilində almalı olduğu ödənişdən məhrum olub.

Qeyd olunur ki, futbolçu adaya təxminən 1,7 milyon avro sərmayə qoyub. Rişarlison hazırda məsələ ilə bağlı polis araşdırması aparılmasını tələb edir. Flavio Bolsonaro Braziliyada müxalifətçi siyasətçidir və o, daha əvvəl çirkli pulların yuyulması ittihamı ilə istintaqa cəlb olunmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью