Braziliyada oyuna tutuquşu hücumu Video

05.08.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Braziliyada oyuna tutuquşu hücumu - Video

Braziliyada keçirilən gənclər arasında ölkə kuboku oyununda qeyri-adi hadisə yaşanıb.

QOL.az xəbər verir ki, "Flamenqo" ilə "Seara" arasında keçirilən görüş bir ara tutuquşusunun meydana daxil olması səbəbindən qısa müddətə dayandırılıb.

Hadisə matçın 17-ci dəqiqəsində baş verib. Quş "Flamenqo"nun müdafiəçisi Valmirin üzərinə alçaqdan uçub və ona yaxınlaşıb. Futbolçu quşdan yayınmaq üçün yerə əyilib. Bundan sonra baş hakim oyunu dayandırıb və quş meydandan uzaqlaşdıqdan sonra görüşü bərpa edib.

Qeyd edək ki, qarşılaşma "Seara"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью