Icma.az, 525.az portalına istinadən məlumat verir.
Ölkənin şimal-şərqində, Paraquaku çayında piranilərin insanlara kütləvi hücumu baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 12 nəfər eyni anda müxtəlif dərəcəli dişlək xəsarətlərilə xəstəxanaya yerləşdirilib.
Piranilər çayda çimən insanların demək olar ki, hamısının pəncə və topuğunu dişləyiblər.
Hadisə baş verən vaxt çimərlikdə 2 mindən çox adam olub. Bir qədər sonra yerli hakimiyyət orqanları çimərliyin fəaliyyətini dayandırıb.
Qeyd edək ki, piranilər Paraquaku çayının daimi sakinləridir və insanlara nadir hallarda hücum edirlər. Mütəxəssislər bu dəfə yaşananları suyun temperaturunun qalxması və bu üzdən balıqların stressə düşməsi ilə izah edirlər.
L.Tağıyeva