Braziliyada prezident seçkiləri: Lula da Silva ilə Bolsonaro arasında gərgin mübarizə

04.10.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Braziliyada oktyabrın 4-də keçirilən prezident seçkiləri ölkənin gələcək siyasi və iqtisadi kursu baxımından mühüm əhəmiyyət daşıyır.

XQ xəbər verir ki, səsvermədə hazırkı dövlət başçısı Luis İnasio Lula da Silva ilə senator Flavio Bolsonaro əsas rəqiblər kimi çıxış edirlər.

Təxminən 159 milyon seçicinin iştirak etmək hüququna malik olduğu seçkilərdə yalnız prezident deyil, parlamentin hər iki palatasının bir sıra üzvləri və ştat rəhbərləri də müəyyənləşdirilir. Seçki kampaniyası iqtisadi vəziyyət, sosial təminat, korrupsiya ilə mübarizə və ölkənin xarici siyasət istiqamətləri ətrafında aparılır.

Lula da Silva Braziliyanın Çinlə əlaqələrinin inkişafına xüsusi önəm verir. Flavio Bolsonaro isə ABŞ Prezidenti Donald Trampla siyasi yaxınlığını vurğulayır və Vaşinqtonla iqtisadi əməkdaşlığın genişləndirilməsini müdafiə edir.

Namizədlərdən heç biri səslərin yarıdan çoxunu qazanmasa, seçkilərin ikinci turu oktyabrın 25-də keçiriləcək. Nəticələrin Latın Amerikasında siyasi qüvvələr nisbətinə və regionun beynəlxalq tərəfdaşlıqlarına təsir göstərəcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью