Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə Braziliyanın Əmək Prokurorluğu məlumat yayıb.
Qadın təkcə ev işlərini görməklə kifayətlənməyib, həm də işəgötürənlərə küçə yarmarkalarında ticarət etməyə köməklik göstərib. O, noyabrın 12-də azadlığa buraxılıb, bir həftə sonra isə prokurorluq zərərçəkmişə ömürlük təzminat ödənilməsi ilə bağlı ailə ilə razılaşma əldə edib.
Qadın işəgötürənlərin evinə 1990-cı illərin əvvəllərində gəlib. Onilliklər ərzində o, otaqları təmizləyib, paltarları yuyub və dörd itə qulluq edib. Bundan əlavə, o, ticarətdə də iştirak etməli olub: malları rəflərə düzüb, alıcılara xidmət göstərib və San-Pauludakı topdansatış bazarında ev sahibəsini müşayiət edib.
Yoxlama zamanı məlum olub ki, işçi əməyinə görə pul almayıb və qanunla nəzərdə tutulmuş zəmanətlərdən məhrum edilib. Ona evin yuxarı mərtəbəsində, itlərin saxlanıldığı həyətin yaxınlığında bir otaq ayrılıb. Normal məişət şəraitinin olmaması səbəbindən o, ləyəndə çimib və təbii ehtiyaclarını ödəmək üçün gecələr otaqda xüsusi qablar saxlayıb. Qadın şəxsi əşyalarını qutularda və rəflərdə yığıb.
Noyabrın 19-da prokurorluq davranışların qanuna uyğunlaşdırılması barədə ailə ilə müqavilə bağlayıb. İşəgötürənlər 1 iyun 1993-cü ildən 12 noyabr 2024-cü ilə qədər olan dövr üçün əmək münasibətlərini qəbul edərək, əmək ödənişləri üzrə borcları bağlamağı, iş stajını rəsmiləşdirməyi və lazımi sosial rüsumları köçürməyi öhdələrinə götürüblər. Həmçinin, qadına iki minimum əməkhaqqı məbləğində ömürlük aylıq kompensasiya təyin edilib.
O, ilk ödənişi dekabrın 10-da almalıdır. Zərərçəkmiş 85 yaşına çatmamış vəfat edərsə, vəsait onun 85 yaşının tamam olacağı tarixə qədər varislərinə köçürülməkdə davam edəcək. Azad olunduqdan sonra qadın bələdiyyənin sosial xidmətinin nəzarətinə verilib. Həmçinin ona quldarlığa bərabər tutulan şəraitdən azad edilmiş şəxslər üçün nəzərdə tutulan xüsusi işsizlik müavinətinin altı dəfəlik ödənişi də ayrılıb.