Braziliyada qorxunc mənzərə: Eyni üsulla öldürülən 6 nəfər

08.10.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Braziliyanın San-Paulu şəhərində müxtəlif vaxtlarda və fərqli ərazilərdə qara zibil torbalarına bükülərək bağlanmış 6 meyit aşkarlanıb.

“Yeni Sabah” xəbər verir ki, meyitlərin eyni üsulla atılması şəhərdə narahatlıq yaradıb və hadisələrin silsilə qətllərlə bağlı ola biləcəyi ehtimalını gündəmə gətirib.

San-Paulu polisi isə hazırda hadisələr arasında birbaşa əlaqənin müəyyən edilmədiyini açıqlayıb. Marqarita pizza

Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu üsuldan bölgədə fəaliyyət göstərən mütəşəkkil cinayət qrupları da istifadə edir. 

Polis məhkəmə-tibbi ekspertizaların nəticələrini və ərazidəki təhlükəsizlik kameralarının görüntülərini araşdırır.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью