Braziliyada sərnişin avtobusu qəzaya uğradı: 17 ölü

19.10.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Braziliyanın Saloa şəhərində sərnişin avtobusunun qum topasına çırpılaraq aşması nəticəsində 17 nəfər ölüb.

Oxu.Az yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, qəza zamanı avtobusda 30-a yaxın sərnişin olub.

Yol-nəqliyyat hadisəsinin sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilir.

Qeyd edək ki, 2024-cü ildə Braziliyada yol-nəqliyyat hadisələrində ümumilikdə 10 mindən çox insan ölüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью