Braziliyada sərnişin avtobusu yük maşını ilə toqquşub, 22 nəfər ölüb

21.12.2024

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Braziliyada sərnişin avtobusu yük maşını ilə toqquşub, ölən və xəsarət alanlar var.

APA xarici KİV-ə istinadən xəbər verir ki, Braziliyada içərisində 45 sərnişin olan avtobusun təkəri partlayıb və sürücü idarəetməni itirib. Nəticədə avtobus qarşıdan gələn yük maşınına çırpılaraq yanıb.

İlkin məlumata görə, qəza zamanı 22 nəfər ölüb, yaralılar var. Yanğınsöndürənlər sərnişin avtobusundan 13 nəfəri xilas edə bilsələr də, digərlərinin çıxarılması ilə bağlı işlər davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью