Braziliyada təyyarə çimərliyə düşdü KONKRET

10.01.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Braziliyanın Ubatuba şəhərindəki Qastan Madeyra hava limanında “Cessna Aircraft” təyyarəsi  uçuş-enmə zolağından çıxaraq şəhər çimərliyində partlayıb.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində çimərlikdə istirahət edənlər də daxil olmaqla 7 nəfər xəsarət alıb. Pilot həlak olsa da təyyarədəki digər beş nəfər xilas edilib. İlkin məlumatlara görə, təyyarənin qəzaya uğramasına səbəb pis hava şəraiti və uçuş-enmə zolağının yağışdan islanması olub.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью