Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Braziliyada piranilər - əsasən Cənubi Amerika çaylarında (xüsusilə Amazon hövzəsində) yaşayan, iti dişləri və yırtıcı xüsusiyyətləri ilə tanınan balaca şirin su balıqları insanlara kütləvi hücum ediblər .
Moderator.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Məlumata görə, Braziliyanın şimal-şərqindəki Paraquaku çayında baş verən hadisə nəticəsində azı on nəfər yaralanıb. Hadisə məşhur istirahət zonasında baş verib.
Piranilərin dişləmələrinin əksəriyyəti ayaq və topuq nahiyələrində baş verib.
Balıqların hücumundan sonra yerli hakimiyyət orqanları çayı üzgüçülük üçün müvəqqəti olaraq bağlayıb.
Bölgədə xəbərdarlıq nişanları quraşdırılacaq və artan hücumların səbəbini müəyyən etmək üçün texniki araşdırma aparılacaq.
Bir ekoloq bildirib ki, piranilər Paraquaku çayının adi sakinləridir, lakin insanlara hücumlar nadir hallarda baş verir. Ekoloq suyun yüksək temperaturunun balıqların aqressiv davranışlarına səbəbi ola biləcəyini iddia edib.