Braziliyadan Avstraliyaya 4 qol Ançelottinin komandasından geridönüş

29.09.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Braziliya millisi yoldaşlıq görüşündə Avstraliya ilə qarşılaşıb.

Apasport.az xəbər verir ki, Karlo Ançelottinin komandası rəqibini 4:2 hesabı ilə məğlub edib.

Qarşılaşma Avstraliyanın Brisben şəhərində keçirilib. 

Braziliya 3-cü dəqiqədə Vandersonun qolu ilə hesabı açıb. Lakin Avstraliya Alessandro Çirkati və Konnor Metkalfın qolları ilə önə keçib – 2:1.
Bundan sonra Karlo Ançelottinin yetirmələri oyunda geridönüş etməyi bacarıb.

İlk hissənin sonlarında Rafinya penaltidən bərabərliyi təmin edib. Fasilədən sonra Bruno Gimaraeş 70-ci dəqiqədə Braziliyanı yenidən önə çıxarıb. Vinisius Junior isə 80-ci dəqiqədə penaltidən fərqlənərək yekun hesabı müəyyənləşdirib – 4:2. 

Qeyd edək ki, komandalar sentyabrın 25-də də üz-üzə gəlmişdilər. Həmin görüş 1:1 hesabı ilə başa çatmışdı.

37 yaşlı qapıçı “Yuventus”da - RƏSMİ “Beşiktaş”ın transfer hədəfləri bəlli olub “Parma”da ayrılıq – Karlos Kuesta ilə yollar ayrıldı "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью