Braziliyalı “Araz Naxçıvan”la müqavilə imzaladı

05.09.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Bruno Franko ilə yeni müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, cinah müdafiəçisi daha 1 il komandanın uğurları üçün çalışacaq. Braziliyalı futbolçu 2025/26 mövsümünü də “Araz-Naxçıvan”ın heyətində keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью