Braziliyalı futbolçu 2 illik cəzalana bilər

04.11.2024

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moskvanın CSKA klubunun müdafiəçisi Villian Roşa altı aydan iki ilədək müddətə diskvalifikasiya oluna bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Match TV" yayıb. 

Xəbərə görə, Rusiya Futbol İttifaqının İntizam və Etika Komitəsi braziliyalının "Spartak"la oyundakı hərəkətini hakimə fiziki təsir kimi təsnif edərsə, o, sərt cəzalanacaq. Ən yaxşı halda, intizamsız futbolçunun azı 4 oyunluq diskvalifikasiya olunacağı gözlənilir. Bundan əlavə, Roşa 400 mindən 1 milyon rubla qədər cərimələnə bilər. 

Qeyd edək ki, Rusiya Premyer Liqasının 14-cü turunun matçında ÇSKA və "Spartak"ın futbolçuları arasında baş verən kütləvi toqquşmadan (0:2) sonra Roşa meydandan qovulub.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью