Braziliyalı futbolçu Azərbaycanı Tailanda dəyişir

23.06.2026

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Keşlə" (hazırkı "Şamaxı"), "Qəbələ" və "Araz-Naxçıvan"ın sabiq futbolçusu Felipe Santos karyerasını Tailandda davam etdirməyə yaxındır. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, 29 yaşlı vinger bu ölkənin "Banqkok Yunayted" klubu ilə danışıqlar aparır.
Məlumata görə, tərəflər arasında müzakirələr son mərhələyə çatıb və yaxın günlərdə müqavilənin imzalanması gözlənilir.
2024-cü ildən "Araz-Naxçıvan"da çıxış edən Benin millisinin üzvü ötən mövsüm bütün turnirlərdə 31 oyuna 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliya əsilli futbolçu daha əvvəl 2021/2022 mövsümündə "Keşlə"də, 2022/2023 mövsümündə isə "Qəbələ"də forma geyinib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью