Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.
“Neftçi” kolumbiyalı hücumçu Xon Kordoba ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib. İddia edilir ki, 24 yaşlı forvarda paytxt təmsilçisinə təklif edilib. Hazırda kryerasını ölkəsində davam etdirən futbolçu “Milonarios” klubunda çıxış edir.
1,84 boyundakı hücumçunun klubu ilə sözləşməsi mövsüm sonu başa çatacaq. O, azad agent kimi Azərbaycan təmsilçisinə keçə bilər.
Kordoba karyerası ərzində 160 matçda 29 qol vurub, 15 assist edib.