Braziliyalı hücumçu Azərbaycanda qalmaq istəmir

03.06.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Braziliyalı futbolçu Felipe Santos öz istəyi ilə “Araz-Naxçıvan”dan ayrılıb.

Futbolpress.az xəbər verir ki, hücumçu karyerasını Azərbaycandan kənarda davam etdirmək niyyətindədir. O, bu səbəbdən klubla müddəti başa çatan müqaviləsini uzatmayıb. “Araz-Naxçıvan” rəhbərliyi isə onu komandada saxlamaq arzusunda olub.

Santos ölkəsindən maraq var, lakin hələ rəsmi təklifi yoxdur. Yaxşı şərtlərlə müqavilə olsa, hücumçu Azərbaycanda qalmaq variantını istisna etmir.

Felipe “Araz-Naxçıvan”dan əvvəl “Keşlə” (indiki “Şamaxı) və “Qəbələ”də forma geyinib.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью