Braziliyalı hücumçu klubunu dəyişdi

01.01.2025

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Braziliyalı hücumçu Qabriel Barbosa ölkəsində klubunu dəyişib.

Sportal.az xəbər verir ki, "Flamenqo"dan ayrılan 28 yaşlı forvard "Kruzeyro"ya keçib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Braziliya milli komandasının sabiq üzvü ilə 2028-ci ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Qabriel Barbosa "Flamenqo"ya 2020-ci ilin əvvəlində İtaliya "İnter"indən keçmişdi. "Qabiqol" ləqəbli futbolçu son mövsümdə "qırmızı-qaralar"ın heyətində keçirdiyi 38 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью