Braziliyalı hücumçu Səudiyyə Ərəbistanı yolunda

05.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Zenit”in braziliyalı hücumçusu Luis Enrikeni transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Ərəbistan təmsilçisi transfer pəncərəsi bağlanana qədər ilk növbədə “Feyenoord”dan Anis Hac Mussanın keçidini rəsmiləşdirməyə çalışır. Əgər əlcəzairli forvardın transferi baş tutmazsa, “Əl-İttihad” rəhbərliyi diqqətini Luis Enrikeyə yönəldəcək.

Səudiyyə klubu artıq 24 yaşlı braziliyalı futbolçunun nümayəndələri ilə təmaslar qurub.

Səudiyyə Ərəbistanında yay transfer pəncərəsi sentyabrın 7-si yerli vaxtla gecə yarısı bağlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью