Icma.az, Olay.az saytına istinadən bildirir.
Braziliyalı müğənni Rik Sollovun itkin düşdüyü açıqlanıb.
OLAY yazır ki, sənətçinin öz komandası ilə birlikdə olduğu helikopterlə əlaqə kəsilib.
Helikopter sentyabrın 21-də San-Joakim istiqamətində havaya qalxıb, lakin güclü tufandan sonra onunla əlaqə kəsilib. Hazırda helikopterin qəzaya uğraması ilə bağlı heç bir təsdiqlənmiş məlumat yoxdur. Hakimiyyət orqanları məcburi eniş baş vermiş ola biləcəyini istisna etmirlər.
Hazırda Uruvisi bələdiyyəsi ərazisində, cəngəlliklər və dağlıq ərazilər arasında genişmiqyaslı axtarış-xilasetmə işləri aparılır. Əməliyyata Braziliya Hərbi Hava Qüvvələri, polis və yanğınsöndürmə bölmələri də cəlb olunub.