Braziliyalı nazir: Son iki ildə meşələrin qırılmasını 45,7 % azaltmağa nail olmuşuq

21.11.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Meşələr yaşadığımız ekosistemə müsbət təsir göstərərək insan həyatında əsas rol oynayır.

“Report” xəbər verir ki, bunu Braziliyanın iqlim və ətraf mühit naziri Marina Silva COP29 çərçivəsində meşələrin qorunması üçün iqlim maliyyəsinin istifadəsinə dair yüksək səviyyəli tədbirdə deyib.

Onun sözlərinə görə, meşələrin qırılması inkişaf etməkdə olan ölkələrdə yoxsulluq, aclıq və bərabərsizlik problemlərini daha da ağırlaşdırır.

Nazir bildirib ki, meşələrin qorunması təkcə vacib ekoloji məsələ deyil, həm də bütün əhali təbəqələrinin dayanıqlılığını təmin etmək üsuludur.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью