Braziliyalı qapıçı həftənin oyunçusu seçilib

06.03.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Beker UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Bakıvaxtı.az xəbər verir ki, braziliyalı qolkiper 1/8 final mərhələsinin PSJ-yə (Fransa) qarşı ilk matçında yüksək performans sərgiləyərək 9 qurtarışla yadda qalıb.

Qeyd edək ki, mükafata həmçinin Rodriqo (“Real”, İspaniya), Martin Edeqor (“Arsenal”, Fransa) və Harri Keyn (“Bavariya”, Almaniya) namizəd idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью