Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Liverpul”un qapıçısı Alisson Beker müqaviləsi başa çatdıqdan sonra da İngiltərə klubunda çıxış etmək istədiyini açıqlayıb.
QOL.az xəbər verir ki, braziliyalı qolkiper bu barədə BBC-yə danışıb. Mövsümün sonunda müqaviləsi başa çatacaq braziliyalı qapıçı komandada qalmaq arzusunda olduğunu vurğulayıb:
“Hər matçda oynamağa köklənmişəm. Gələcəyimlə bağlı düşüncələrimdə isə burada qalmaq istəyirəm. Bu, bir çox amildən və vəziyyətdən asılıdır. Amma mənim istəyim komandada qalmaqdır. Burada xoşbəxtəm, ailəm də özünü yaxşı hiss edir. Hələ də titullar qazanmaq və yaxşı oyunlar göstərmək istəyirəm. Mümkün qədər uzun müddət yüksək səviyyədə çıxış etmək niyyətindəyəm.
Hazırda reallıq budur ki, istədiyimiz qədər yaxşı çıxış etmirik. Bu, pis oynadığımız anlamına gəlmir. Bir çox matçda yaxşı təsir bağışlayırıq, lakin hələ sabitlik çatışmır. Baş məşqçimiz və futbolçularımız yüksək səviyyəlidir. Səbirli olmalıyıq. Ancaq futbolçular olaraq vaxt itirmək istəmirik”.