Braziliyalı “Sumqayıt”dan əvvəl 2 kluba “yox” deyib

07.08.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sumqayıt”ın yeni transferi Lukas Blek “kimyaçılar”a qoşulmazdan əvvəl iki klubla danışıq aparıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb. “Ferroviario”da çıxış edən Lukas “Seara” və “Fortaleza”nın diqqət mərkəzində olub.

Klublar oyunçu ilə danışıqlar aparsa da, razılıq əldə edilməyib.

Blek daha sonra “Sumqayıt”ın təklfini müsbət dəyərləndirib və Azərbaycana gəlməyə “hə” deyib.

“Kimyaçılar” 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью