Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Kazemiro karyerasını MLS-də davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, braziliyalı futbolçu “İnter Mayami” klubuna transfer olunub. Bu barədə Şimali Amerika təmsilçisinin rəsmi saytı məlumat yayıb.
34 yaşlı yarımüdafiəçi ABŞ klubu ilə 2027-ci mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb. Müqaviləyə müddəti daha 2 il uzatmaq seçimi də daxil edilib.
Təcrübəli oyunçu bu yay müqaviləsi başa çatdıqdan sonra “Mançester Yunayted”dən azad agent kimi ayrılmışdı. 2022-ci ildən “qırmızı şeytanlar”ın şərəfini qoruyan Kazemiro bu müddətdə 160 matçda 26 qol vurub və 14 məhsuldar ötürmə edib. Braziliyalı futbolçu karyerası ərzində “Real”, “Portu” və “San-Paulu” klublarında da çıxış edib.
Qeyd edək ki, 5 dəfə Çempionlar Liqasının qalibi olan Kazemiro DÇ-2026-da Braziliya milli komandasının heyətində 5 oyuna çıxıb və 1 qolla yadda qalıb.