Braziliyalı vinger “Siti”ni tərk edə bilər

29.11.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Mançester Siti”nin vingeri Savinyo qış transfer pəncərəsində klubdan ayrıla bilər.

Apasport.az xəbər verir ki, braziliyalı futbolçu gözləntiləri doğrultmadığı üçün “şəhərlilər” yanvarda gələcək sərfəli təklifləri nəzərdən keçirməyə hazırdır.

21 yaşlı oyunçu klub tərəfindən 50 milyon funt sterlinqə (təxminən 57 milyon avro) qiymətləndirilir.

Hazırda Savinyo ilə ən ciddi maraqlanan klub “Tottenhem”dir.

Qeyd edək ki, Savinyo cari mövsümdə Pep Qvardiolanın komandasında 15 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Mançester Siti” ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir.

Günün matçları bu kanallarda - TV AFİŞA Raşford PSJ-nin radarında “Dortmund”un futbolçusu “Beşiktaş”da çıxış edə bilər Tovuzda qolsuz sülh - YENİLƏNİB “Real” Fransa millisinin üzvündən imtina edib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью