Braziliyalıların rekordçusu Rafinya

12.03.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Benfika”nı məğlub edib – 3:1.

Futbolpress.az xəbər verir ki, görüşdə kataloniyalıların qollarından birini Rafinya vurub. O, bu mövsüm turnirdə 11-ci dəfə fərqlənib.

Rafinya turnir tarixində bir mövsümdə ən çox qol vuran braziliyalı oyunçu olub. Daha əvvəl Rivaldo, Neymar, Kaka, Firmino və Jardel 10 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью