Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Sabah” heyətini yeni hücumçu ilə gücləndirib. “Bayquşlar” Portuqaliyanın “Jil Visente” klubundan Karlos Eduardonu icarəyə götürüb.
Forvard Coy-Lens Mikels və Patrik Mbinadan sonra üçüncü forvard olacaq. Ehtiyat hücumçu kimi heyətə cəlb edilən Karlos özünü doğrultsa, yayda onun transfer hüquqları əldə oluna bilər.
“Futbolpress.az“ın əldə etdiyi məlumata görə, anlaşmada yer alan satınalma məbləği 500 min avrodur.
Karlos karyerası ərzində Braziliyanın “Bruske” (2020), Portuqaliyanın “Nasional” (U-19, 2020–2021), “Maritimu”nun B və əsas komandalarında (2021–2024), həmçinin “Felqeyraş”da (2024–2025) çıxış edib.
Şahin Cəfərov