Braziliyanın baş məşqçisi QOVULDU

29.03.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

Braziliya Futbol Konfederasiyası (CBF) milli komandanın baş məşqçisi Dorival Juniorun istefaya göndərilməsi barədə qərar qəbul edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi deyilir. Məlumdur ki, qovulmanın əsas səbəbi DÇ-2026-nın seçmə turnirində Argentinaya sarsıdıcı məğlubiyyət olub. Bu nəticə CBF daxilində ciddi narazılıqla qarşılanıb.

62 yaşlı mütəxəssis 2024-cü ilin yanvarından Braziliya millisini çalışdırsa da, yaxşı nəticə göstərə bilməyib. Cənubi Amerika seçmə mərhələsində Braziliya 14 oyundan sonra 21 xalla dördüncü yerdədir. Bu mövqe Braziliyanın dünya çempionatına vəsiqə qazanmasını çətinləşdirə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью