Braziliyanın dörd klubunun hamısı 1/8 finala yüksəlib

26.06.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2021-2024-cü illərdə sıra ilə Libertadores kubokunun qalibi olan "Palmeyras", "Flamengo", "Fluminense" və "Botafoqo" Braziliyanı 2025-ci il klublararası dünya çempionatında uğurla təmsil edirlər.

İdman.biz xəbər verir ki, onlar hamısı 1/8 finala vəsiqə qazanıblar.

Braziliyalılar qrup mərhələsində ümumilikdə 12 matçdan yalnız birində uduzublar (6 qələbə və 5 heç-heçə). B qrupunda "Botafoqo" Madrid "Atletiko"suna 0:1 hesabı ilə məğlub olub.

"Boka Xuniors" və "River Pleyt"in qrup mərhələsində mübarizəni dayandırması ilə Argentina liqası isə turnirdə ən uğursuzlardan biri olub. Üstəlik klublararası dünya çempionatında qırmızı vərəqə alan 10 oyunçudan beşi Argentina klublarının təmsilçisidir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью