Brazilyalı ulduz London yolunda

25.07.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

İngiltərənin “Arsenal” klubu “Real Madrid”in vingeri Vinisius Juniorun transferini nəzərdən keçirir.

Futbolpress.az xəbər verir ki, London təmsilçisi sol cinah hücumunu gücləndirmək niyyətindədir. Bununla belə, “topçular” braziliyalı futbolçu üçün İspaniya klubu ilə rəsmi danışıqlara başlamayıb.

“Arsenal”ın diqqəti “Real”ın “RB Leypsiq”in ulduzu Yan Diomandenin transferinə cəhd etməsindən sonra bu varianta yönəlib. “Kral klubu”nun Kot-d’İvuar millisinin üzvü üçün etdiyi 85,4 milyon funt-sterlinqlik ilkin təklif rədd olunsa da, İspaniya nəhəngi keçidi rəsmiləşdirəcəyinə əmindir.

Ulduz futbolçu 2025/2026 mövsümündə İspaniya La Liqasında 29 matçda forma geyinib, həmin qarşılaşmalarda rəqib qapılarına 16 qol vurmaqla yanaşı, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliya millisinin tərkibində çıxış edən Vinisius Junior DÇ-nin 1/8 final mərhələsində Norveç yığmasına 1:2 hesabı ilə məğlub olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью