Brazilyanın məşhur aktrisası vəfat edib

19.08.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Braziliyanın ən məşhur aktrisalarından biri Qloriya Menezes vəfat edib. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisanın ölümü barədə onun şəxsi köməkçisi Tadeu Lima məlumat yayıb.

Ulduz alrtisa 18 avqustda Rio-de-Janeyrodakı mənzilində vəfat edib. Oğlu Tarçizio Filho son anlarında onun yanında olub.

Qloriya Menezes 19 oktyabr 1934-cü ildə Braziliyanın Rio-Qrandi-du-Sul ştatının Pelotas şəhərində anadan olub. O, aktyorluq karyerasına 25 yaşında başlayıb. Bir sıra məşhur filmlərdə, seriallarda rol alıb. Aktyor Tarsizio Meyra onun həyatında xüsusi yer tutub. Onlar 1960-cı illərin əvvəllərində tanış olublar və 1962-ci ildə evləniblər. Çütlüyün evliliyi 59 il, Meyranın 2021-ci ilin avqustunda vəfat etməsinə qədər davam edib.

Menezes həyat yoldaşı ilə eyni filmdə dəfələrlə rol alıb. Azərbaycanlı tamaşaçıları isə xanım akrtisanı məşhur Braziliya serialı olan "Yeni qurban"dan daha yaxşı tanıyırlar. Bu serial vaxtiə Azərbaycanda geniş tamaşaçı kütləsi tərəfindən böyül maraqla izlənib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью