Brazliya liqasının ən bahalı transferi reallaşıb

31.01.2026

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Vest Hem"in yarımmüdafiəçisi Lukas Paketa "Flamenqo"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə Brazliya klubunun rəsmi saytı məlumat yayıb.

Mediada yayılan xəbərlərə görə, müqavilənin dəyəri 42 milyon avrodur. 28 yaşlı futbolçu Jersonun "Zenit"dən transferini (30 milyon avro) üstələyərək Braziliya liqasına keçən ən bahalı oyunçu olub. 

Braziliyalı yarımmüdafiəçi "Vest Hem"də 139 oyun keçirib, 23 qol vurub və 15 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Paketa "Flamenqo"nun yetirməsir. Yarımmüdafiəçi 2016-cı ildən 2019-cu ilə qədər bu komandanın formasını geyinib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью